|
Xəzər Universitetinin qarşısında piyadanı maşın vurub

Bakının Nizami rayonunda 35 yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, 35 yaşlı Hüseynov Hüseyn Rəfael oğlu Xəzər Universitetinin qarşısında yolu keçmək istəyərkən "Qaz-3110" markalı avtomobil onu vurub.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb.

Cia.az