Daha əvvəl də dələduzluğa görə tutulan qadının məhkəməsi yekunlaşıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Həşimova Emilya Cabbar qızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Məhkəmədə təqdirləndirilən şəxsin vəkili çıxəş edərək hüquqlarını müdafiə etdiyi şəxsin zərər vurduğu şəxslərin bəziləri ilə razılıq əldə etdiyini, bəzi epizodlar üzrə isə özünü təqsirli bilmədədiyini deyib. Vəkil müvəkkili barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiq edilməsi ilə cəza təyin edilməsini istəyib.
Məhkəmənin hökmü elə R.Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı çıxışında Emilya Həşimovaya 10 il cəza istəmişdi.
Emilya Həşimovanın törətdiyi cinayət əməllərindən 10 nəfər zərərçəkmiş var.
Həşimova onların bəzilərindən işə düzəltmək, bəzilərindən də əlillərin binasından ev alacağı adı ilə pul alıb. Zərərçəkənlər arasında gözdən əlillər də var.
Qeyd edək ki, Emilya Həşimiva əvvəllər də dələduzluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində cəzası azaldılıb və sonra aministiya ilə azadlığa çıxıb. 2013 də azadlıqda çıxan Həşimovanın məhkumluğu tam ödənilməyib.
Cia.az
