|
Putin Türkiyəyə yeni səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə yeni səfir olaraq Aleksey Yerxovu təyin edib.

Cia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bun a qədər Yerxov Xarici İşlər Nazirliyinin böhran mərkəzi departamentinə rəhbərlik edib.

Aleksey Yerxov 1960-cı ildə doğulub. O 2009-2012-ci illərdə İstanbuldakı Rusiya konsulu olub.

Bundan əvvəlki səfir Andrey Karlov 2016-cı il dekabrın 19-da uğradığı silahlı hücum zamanı öldürülmüşdü.

Cia.az