“Metropoll” araşdırma şirkətinin keçirdiyi sorğu nəticəsində hakim partiyanın getdikcə nüfuzunu itirdiyi məlum olub
CİA.AZ Axar.az-a istinadən xəbər verir ki, şirkətin yaydığı hesabatda bildirilir ki, sorğuda iştirak edənlərin 45 faizi AKP-ni dəstəkləyir.
Respondentlərin 34,3 faizi isə prezident respublikasını dəstəklədiyini bildirib. Halbuki bu faiz 2012-ci ilin iyununda 43,2 faiz olub.
Davudoğlunu baş nazir görmürlər
Şirkət özünün rəsmi Tvitter səhifəsində paylaşdığı hesabatda “Sizcə, AKP-ni kim idarə edir?” sualına 75 faiz iştirakçının “Ərdoğan” cavabını verdiyi əks olunub.
