|
Bakıda sex yanır

Bakının Nizami rayonunda sexlərdən birində yanğın başlayıb.

Hadisə yerində olan CİA.Az əməkdaşının verdiyi məlumata görə, yanğın baş verən əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Təcili tibbi yardım yüngül xəsarət almış şəxsə yardım göstərib.

Hal-hazırda ərazini tam tüstü bürüyüb. Yanğının söndürülməsi üçün iş davam etdirilir.