|
Dünyanın ən yaxşı şəhəri seçildi

Kanadanın Toronto şəhəri “The Economist” jurnalinin versiyasına görə dünyanın ən yaxşı şəhəri seçilib.

CİA.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Toronto təhlükəsizlik, həyat səviyyəsi və yaşayış minimumu meyarına görə birinci olub.

Ümumilikdə reytinqdə 36 şəhər yer alıb. Dünyanın ən təhlükəsiz şəhəri adını Yaponiyanın paytaxtı Tokio qazanıb.