|
Həmsədrlərin Bakıya səfəri başladı

ATƏT-nın Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyindən Cia.az-a verilən məlumatda bildirilib.

Bu gündən ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfəri başlayır.

Onlar  Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Qeyd edək ki, həmsədrlə rötən həftə  Ermənistan və Dağlıq Qarabağda olub. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.

Cia.az