|
Bakıda azyaşlını elektrik cərəyanı vurub öldürdü

Abşeronda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Həsənova Müşgünaz Pərviz qızı evdə oyun oynayarkən ehtiyatsızlıqdan əlini elektrik sayğaçının açıq naqilinə vurub. Nəticədə cərəyan onu divara çırpıb və uşaq hadisə yerində ölüb. Fakt araşdırılır.

Cia.az