Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də növbəti oyunlar keçirilib.
Qol.az-ın xəbərinə görə, A qrupunun ikinci qarşılaşmasında Portuqaliya Meksika ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu görüşdə hakim videotəkrar sistemindən yararlanıb. Argentinalı FİFA referisi Nestor Pitana videotəkrara baxdıqdan sonra Portuqaliya millisinin üvzü Pepenin vurduğu qolu qeydə almayıb.
B qrupunda isə Çili Kamerunla üz-üzə gəlib. Görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, turnirin açılış matçında Rusiya Yeni Zelandiyanı məğlub edib – 2:0.
18 iyun
FİFA Konfederasiyalar Kuboku – 2017
A qrupu
Portuqaliya – Meksika - 2:2
Qollar: Çikarito, 42, Moreno, 90+1 - Quarejma, 35, Sedrik, 86
B qrupu
Kamerun – Çili - 0:2
Cia.az
