|
Deniz Seki sevgilisi ilə Bodrumda dincəlir

Türkiyəli müğənni Deniz Seki 2,5 il həbsxanada qaldıqdan sonra iyunun 5-də azadlığa çıxıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı nişanlısı Faruk Salmanla Bodrumda istirahətə yollanıb. Cütlük ötən axşam otel yaxınlığındakı limanda görüntülənib. Seki şam yeməyi zamanı tez-tez əllərini göyə qaldırıb "Allahım sənə şükürlər olsun" deyib. 

Faruk Salman isə "Səni sevirəm" deyə qışqırmağa başlayıb.