|
Portuqaliya Meksikaya, Kamerun Çiliyə qarşı

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də növbəti oyunlar keçiriləcək.

Qol.az-ın xəbərinə görə,  A  qrupunun ikinci qarşılaşmasında Portuqaliya Meksika ilə qarşılaşacaq.

B qrupunda isə Çili Kamerunla üz-üzə gələcək. Amerika kubokunun birincisi ilə Afrika Millətlər Kubokunun sahibi arasında keçiriləcək bu görüşə maraq böyükdür.

Qeyd edək ki, turnirin açılış matçında Rusiya Yeni Zelandiyanı məğlub edib – 2:0.


18 iyun

FİFA Konfederasiyalar Kuboku – 2017

A qrupu

19:00. Portuqaliya – Meksika
 
B qrupu

22:00. Kamerun – Çili

Cia.az