|
Qarabag bu gün gedir

Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ"  təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Avstriyaya gedəcək.
Klubdan Qol.az-a verilən məlumata görə, Qurban Qurbanovun komandası saat 13:05-də Bakı-İstanbul-Zalsburq reysi ilə yola düşəcək. 
Çempionlar Liqasına hazırlaşan Ağdam klubu toplanış zamanı minimum 3 yoxlama görüşü keçirəcək.

Ardıcıl 4-cü dəfə ölkə çempion olan “atlılar” iyunun 20-də Rusiyanın “Terek” klubu ilə qarşılaşacaq. İyunun  24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək “Qarabağ”  4 gün sonra Moskva “Dinamo”su  ilə üz-üzə gələcək

Cia.az