|
Kolumbiyanın xarici işlər naziri Azərbaycandadır - rayonları gəzəcək

Kolumbiyanın xarici işlər naziri Maria Anxela Olgin 16-19 iyun tarixlərində Azərbaycanda işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, səfər əsnasında nazir M.A.Olginin bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Həmçinin, səfər çərçivəsində nazir M.A.Olgin regionlara səfər edəcək.

Cia.az