|
Abşeronda 35 yaşlı qadın bıçaqlanıb

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Ayna Əli qızı evdə naməlum şəraitdə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Cia.az