|
Bakıda avtomobil 27 yaşlı gənci vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, "Neapol dairəsi" adlanan ərazidə 1990-cı il təvəllüdlü Səfərov Vüqar Mirxan oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.