Belçikada yaşayan 6 yaşlı Jayden Caneghem 4-cü səviyyəli sümük xərçəngindən əziyyət çəkir.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, həyatda qalmağa çalışan 6 yaşlı balaca "Frozen" filmindəki "Elsa" xarakterini çox bəyənir. Jayden ötən günlərdə ailəsinə ən böyük istəyinin "Elsa" ilə evlənmək olduğunu deyib. Bu istəyin ardından balacanın ailəsi və yaşadıqları Westerloo şəhərinin sakinləri Jaydeni sevindirmək üçün bir aya toplaşıb. İçlərindən bir qadın Elsa kostyumu geyinərək, şəhərin qalasında təmsili bir toy mərasimi təşkil ediblər. Sözügedən toyda başqa nağıl qəhrəmanları da olub.
Cia.az

