|
"Lester"dən 20 milyon avroluq transfer

"Lester" heyətinə yeni futbolçu cəlb edib.

Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Hall Siti"nin müdafiəçisi Harri Maqira ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı bu transfer üçün "Lester"in 20 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, H.Maqira ötən mövsüm 29 oyunda 2 qol vurub, 2 qolun ötürməsini verib

Cia.az