Kürdəmirdə oğurluq edən şəxs tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Karrar kəndində yerləşən poçt şöbəsindən kompüter və kompüter avadanlıqlarının oğurlanması ilə bağlı məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Karrar kənd sakini Afşin Akşin oğlu Qədirov şübhəli şəxs qismində Ağsu rayon ərazisində tutulub.
Onun əl yükünə baxış keçirərkən oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
İlkin dindirmə zamanı A. Qədirov gecə poçta daxil olaraq oğurluq etdiyini etiraf edib.
Cia.az
