|
“Roma”nın yeni baş məşqçisi müəyyənləşdi

“Roma”nın yeni baş məşqçisi müəyyənləşib.
Paytaxt təmsilçisini bundan sonra Eusebio Di Françesko çalışdıracaq. 
47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko baş məşqçi vəzifəsində Luçano Spalettini əvəzləyib. 
O, “Roma” üçün yad biri deyil. Belə ki, Eusebio 1997-2001-ci illərdə futbolçu kimi “canavarlar”ın şərəfini qoruyub. 
Qeyd edək ki, Di Françeskonun rəhbərliyi altında ötən mövsüm “Sassuolo” Avroliqaya vəsiqə qazanmışdı

Cia.az