|
"Bəzi futbolçular yorğun görünürdülər" - Svanadze

"Məşq yükləmələri nəticəsində yaranmış yorğunluq fonunda oynadıq. Bəzi futbolçular yorğun görünürdülər".

Cia.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Zirə"yə  0:2 hesabı ilə uduzduqları oyundan sonra klubun  saytına deyib.

O, birinci dəqiqədə qolu rəqibə hədiyyə etdiklərini bildirib: "Sonra irəliyə can atdıq, qol vəziyyətləri yaratdıq, lakin hesabı bərabərləşdirə bilmədik. İkinci hissədə digər futbolçulara da şans verdik".

Z.Svanadze toplanış çərçivəsində daha bir oyun keçirəcəklərini söyləyib: "Hazırlığımızı davam etdirəcəyik, çatışmayanlar üzərində işləyəcəyik"

Cia.az