|
Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yaşayış binasına bitişik tikilmiş mağazanın xarici divarına quraşdırılmış elektrik lövhəsində 6 ədəd sayğac və 60 p.m elektrik kabeli yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, mağaza yanğından mühafizə olub. Yanğın saat 22:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az