|
Lindsi Lohan imicini dəyişdi

Aktrisa Lindsi Lohan imicini dəyişib.

O, yeni çəkiləcəyi serial üçün belə bir addım atıb.
Belə ki, tərəf müqabillərinin aktyorlar Rupert Qrint və Nik Frost olan serial “Sick note” (“Xəstəlik qeydləri”) adlanır. Serialın ilk bölümlərinin bu ilin payızında efirə gedəcəyi deyilsə də, Lindsini yalnız gələn ildən ekran işində görmək mümkün olacaq.
İnstaqramda yeni saç düzümü və həmkarları ilə fotosunu paylaşan Lohan “Yeni layihəm üçün geri qayıdıram” qeydini yazıb. 

Cia.az