|
Ərdoğan: “Qətərin təcridi İslam dəyərlərinə uyuşmur”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ərəb ölkələrinin Qətəri təcrid etməsini İslam dəyərlərinə sığmayan vəhşilik adlandırıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, öz partiyasından olan deputatlarla danışan Türkiyə prezidenti vəziyyəti Səudiyyə Ərəbistanının düzəldə biləcəyini deyib.

 

“Səudiyyə Əərbistanı Qətərlə danışıqlar aparıb məsələni yoluna qoymalıdır”.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Liviya, Misir, Yəmən və Bəhreyn  iyunun 5-də Qətərlə münasibətləri dondurub.

Cia.az