|
"Pike ilə dostluğumuz ildən-ilə güclənir" - Ramos

İspaniya millisinin və "Real"ın üzvü Serxio Ramos "Barselona"nın futbolçusu Jerer Pike ilə münasibətlərindən danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı müdafiəçi millidə komanda yoldaşı olan Pike ilə dost olduqlarını deyib:

"Bizdə hər şey qaydasındadır. Pike ilə dostam və dostluğumuz ildən-ilə güclənir. Bunu biz millidə bir yerdə oynayanda görmək olar".

Qeyd edək ki, uzun müddətdir İspaniya millisində birgə çıxış edən bu futbolçuların arasında son zamanlar söz davası baş verir

Cia.az