Daha bir milli komanda 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib.
Qol.az-ın məlumatına görə, Asiya sonası üzrə seçmə mərhələsinin 8-ci turunda Özbəkistana 2:0 hesabı ilə qalib gələn İran millisi mundialda iştirak etmək hüququ qazanıb. Xalını 20-ə çatdıraraq liderliyini möhkəmləndirən İran millisi 2 tur əvvəldən istəyinə çatıb.
Qeyd edək ki, buna qədər Braziliya və təşkilatçı ölkə kimi Rusiya milliləri mundialda iştirak hüququ əldə ediblər
Cia.az
