|
Maştağada taksi piyadanı vurub öldürdü

Maştağa qəsəbəsində, Məmmədyarov dairəsi deyilən ərazidə yol qəzası baş verib.

99-DO-694 dövlət nömrə nişanlı "Mersedes"lə taksi fəaliyyəti ilə məşğul olan şəxs piyadanı vurub. Hadisədən bir neçə dəqiqə sonra o keçinib.

Kimliyi məlum olmasa da, piyadanın 17-18 yaşında yeniyetmə olduğu bildirilir.

Şahidlərin sözlərinə görə, sürücü piyadanı vurandan sonra xəstəxanaya aparmaq istəsə də, o, yolda dünyasını dəyişib.

 

Hadisə yerinə gələn polis əməkdaşları sürücünü həbs ediblər.

Cia.az