|
Şəmkirdə mikroavtobus aşdı:

Şəmkir-Gədəbəy avtomobil yolunda baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub. Cia.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Gəncə şəhər sakinləri 1957-ci il təvəllüdlü Əliyeva Sədaqət və 1970-ci il təvəllüdlü Səfərov Ceyhundur.

C.Səfərovun vəziyyəti normal, S.Əliyevanın isə orta ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

21:15

Şəmkir-Gədəbəy yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Cia.az APA-ya istinadən xəbər verir ki, hadisə avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“Qazel” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində xəsarət alan 2 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin normal, digərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cia.az