|
Roys 6 ay sonra qayıdacaq

Almaniya millisi və “Borussiya”nın yarımmüdafiəçisi Marko Roysun yaşıl meydanlara dönəcəyi vaxt təqribi bəlli olub.

Qol.az-ın Ruhr nachrichten" nəşrinə istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu 2018-ci ilin yanvarında komandasına kömək edə biləcək.

M.Roys özü dünən bildirib ki, bugünlərdə çapraz bağlarında aparılan əməliyyat uğurlu olsa da, futbola qayıdışı uzun vaxt aparacaq.

Cia.az