Rusiyanın NTV kanalında yayımlanan “Aleksey Ziminlə bişiririk” (“Готовим с Алексеем Зиминым”) verilişinin növbəti buraxılışında Azərbaycan mətbəxinin təamları təqdim edilib.
Verilişin aparıcısı, tanınmış rusiyalı jurnalist Aleksey Zimin tamaşaçılarına dovğa, səbzili bulğur və qozlu şirin mütəkkənin bişirilmə qaydalarını öyrədib. NTV kanalının bu baxılan verilişinin tamaşaçıları ev şəraitində, öz mətbəxlərində ləziz xörəklərin hazırlanmasını addımbaaddım izləyir, kulinariyanın sirlərini öyrənirlər.
Cia.az
