|
Şabran sakini intihar edib

Şabran rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Sincanboyad kənd sakini, 1982-ci il təvəllüdlü Bədəlova Bəşarət Əjdər qızı özünü asıb.

Canına qəsd edən qadının iki uşaq anası olduğu bildirilir. İntiharın səbəbləri araşdırılır.