|
Nazarovun baş məşqçisi "Şalke"də

"Şalke"nin yeni baş məşqçisi müəyyənləşib.

Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Markus Vayntsrilin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Domeniko Tedesko təyin edilib. 31 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, D.Tedesko ötən mövsüm millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erçqebirbe Aue"nı çalışdırıb

Cia.az