|
Türkiyədə qəza -

Türkiyənin Samsun vilayətində hərbçiləri aparan avtobus aşıb.

Cia.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə nəticəsində 47 nəfər xəsarət alıb.

Xəsarət alan hərbçilər xəstəxanalara yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı deyilir.

Qəzanın səbəbi hələlik məlum deyil.

Cia.az