|
Ermənistan 1 ayda 56 milyon dollar borclanıb

2017-ci il may ayının sonları üçün Ermənistanın xarici borcu 6 milyard 95 milyon dollar çatıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprel ayında ölkənin borcu 6 milyard 38 milyon dollar təşkil edib.

 

Milli Statistika Xidmətinin açıqlamasına görə, 4,373 milyon dollar, daxili borcu isə 1 milyard 170 milyon dollar təşkil edir.