|
42 yaşında karyerasını başa vurdu

Tanınmış finlandiyalı qapıçı Yussi Yaaskelaynen karyerasını başa vurub. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə,  42 yaşlı qolkiper son mövsümü “Uiqan”da keçirib. 

İngiltərə klubunda cari mövsümdə o, 9 görüşdə forma geyib. 

Uzun illər Finlandiya millisinin qapısını qorumuş Yaaskelaynen daha çox “Bolton”dakı çıxışı ilə tanınıb

Cia.az