|
Türkiyədə polis əməliyyata başladı -

Türkiyədə polis Fəthulla Gülən tərəfdarlarına qarşı yeni əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyatlar Türkiyənin iri banklarında – “Kalkınma Bankası”, “Bank Asya”, “İller Bankası”, o cümlədən Mərkəzi Bankda aparılıb.

Aparılan əməliyyat nəticəsində 20-dən çox adamın saxlanıldığı bildirilib.

Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.

Cia.az