|
5 yaşlı qız elektrik cərəyanı vurmasından ölüb

Bakıda 5 yaşlı uşağı elektrik cərəyanı vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 5-də Xəzər rayonunun Binə qəsəbəsində 5 yaşlı Aysu Abbasovanı evlərinin həyətində elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq iyunun 7-də orada ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Cia.az