|
Myanmda qəzaya uğrayan təyyarənin göyərtəsində 112 nəfər olub

Myanma sahillərində qəzaya uğrayan təyyarənin göyərtəsində 15-i uşaq olmaqla 112 nəfər olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarədə 35 hərbi qulluqçu və 14 ekipaj üzvü ilə yanaşı hərbçilərin ailə üzləri uçurmuş. Çin istehsalı olan “Y-8-200F” hərbi nəqliyyat təyyarəsi Myey-Yanqon marşrutu ilə uçarkən Davey şəhərindən 20 km qərbdə dəniz üzərində radarlardan itib.

Hərbi təyyarənin qalıqları Andaman dənizdən tapılıb. Hadisə yerində axtarış-xilasetmə tədbirləri davam edir.

 Cia.az