|
Məşhur türk serialı oğurluq imiş

FETÖ ilə əlaqəsi olduğu üçün bağlanan Samanyolu televiziyasında yayımlanmış "Küçük gelin" serialının oğurluq olduğu ortaya çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məklumatına görə, məhkəmədə serialın yazar Dursaliye Şahana aid olan layihədən oğurlandığı bildirilib. Yazar hakim qarşısında 2005-cı ildə ssenarist Erkan Çıplakın ondan ssenarini oxumaq üçün aldığını, ancaq telekanala öz əsəri kimi verdiyini iddia edib.

Qərar nəticəsində  serialın ssenari müəllifi E.Çıplak D.Şahana maddi və mənəvi təzminat ödəyəcək.