|
5 ayda vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam icra olunub

2017-ci ilin yanvar-may ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 2 milyard 825 milyon 799,7 manat məbləğində vəsait ödənilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, nazirlik üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 104,7% əməl olunub.

Cia.az