|
Tehrandakı terror aktları zamanı ən azı 12 nəfər ölüb

Bu gün Tehranda İran parlamentinin binasına və Xomeyni məqbərəsinə silahlı hücum zamanı ən azı 12 nəfər ölüb.

Bu barədə Trend İran Ədliyyə Nazirliyinə istinadən məlumat verir.

Antiterror əməliyyatı zamanı 6 terrorçu məhv edilib.

Məlumata əsasən, hadisələr nəticəsində ən azı 39 nəfər yaralanıb.

Cia.az