|
DİN Hacıqabuldakı qəza barədə xəbər yaydı:

Daxili İşlər Nazirliyi bu gün Hacıqabulda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

Cia.az saytı DİN-ə istinadən xəbər verir ki, iyunun 7-də saat 2 radələrində Hacıqabul şəhərində Ucar rayon sakini Habil Abdullayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən anası Gülzar, qardaşı Samir hadisə yerində ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cia.az