|
İran parlamentində atışma:

Hadisələr nəticəsində yaralananların 8-ə çatdığı bildirilir. 

***

Xomeyninin məqbərəsinə hücum edən üç nəfərdən ikisi saxlanılıb.

Yerli KİV-lər üçüncü şəxsin özünü partlatdığını bildirir.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

***

Tehranda Xomeyninin məqbərəsində bir nəfər özünü partladıb.

Bundan əvvəl bir neçə naməlum şəxsin məqbərədə atəş açdığı bildirilirdi.

Hadisə nəticəsində yaralıların da olduğu deyilir.

 

 ***

İran parlamentində atışma baş verib.

 

Naməlum şəxslər Tehranda parlament binasına daxil olaraq 2 nəfəri yaralayıb. Məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən şəxsin parlamentin mühafizə xidmətinin rəhbəri olduğu bildirilir. 

 

Silahlıların 3 nəfərdən ibarət qrup olduğu bildirilir.

Cia.az