|
Bakıda 28 yaşlı oğlan intihar edib

Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun İlham Hacıyev küçəsi 24 ünvanında yerləşən fərdi evdə qeydə alınıb.

Belə ki, Binəqədi rayon sakini 1989-cü il təvvəllüdlü Elvin Etibar oğlu Osmanov yaşadığı evin talvarından iplə özünü asıb.

Fakla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi açılıb, intiharın səbəbləri araşdırılır.

Cia.az