|
Məşhur aktyor saxlanıldı

“Qu Quşu” adlı teatr oyununun İzmir turnesi üçün komandayla birlikdə otelə yerləşən 80 yaşındakı Kayhan Yıldızoğlu xoşagəlməz bir sürprizlə qarşılaşıb.

Səhər saatlarında otelə gələn polis, 80 yaşlı məşhur sənətçiyə əsgər qaçağında əli olduğu səbəbiylə polis bölməsinə getməsi lazım olduğunu bildirib. Böyük təşviş yaşayan Yıldızoğlu jurnalistlərə açıqlamasında narahat olduğunu deyib:
"Mən əsgərlikdə 1957-ci ildə İstanbulda kiçik leytenant olaraq xidmət etmişəm. Yenə də çox narahat oldum. Polis bölməsinə gedincə işin həqiqi tərəfi ortaya çıxdı. Köhnə dəftərlər kompüterə köçürülərkən itib. Mən də əsgər qaçağında əlim olduğu iddiası ilə qeydlərə keçmişəm. Hər şey aydınlaşdıqdan sonra xoş təəssüratla oradan ayrıldım. Onların xoş münasibəti məni yumşaltdı".//Kult.az