|
Spaletti “İnter”i çalışdıracağını açıqladı

“İnter”i yeni mövsümdən “Roma”nın sabiq çalışdırıcısı Luçano Spaletti çalışdıracaq. 

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda təcrübəli mütəxəssisin özü məlumat verib:

“Hər şey razılaşdırılıb. Bir-birimizin əlini sıxmışıq artıq. Biz köhnə fikirliyik. Əl sıxmaq razılıq əlamətidir. 

Xırda detallar qalıb. Onlar da həll olunduqdan sonra təqdimetmə mərasimi olacaq”