Nyu-York ştatındakı Obern şəhərində ömürlük həbs cəzası almış məhkum qaçış planı barədə danışıb.
Bu haqda “Associated Press” xəbər verib. Qordon Mauer adlı məhbus deyib ki, türmədəki mebel sexində o qədər də böyük olmayan taxta yeşikdə gizlənməyi planlaşdırıb. O, ümid edib ki, yeşiklərə nəzarət edən işçi onun içərisində nə olduğuna fikir vermədən onu maşına yükləyəcək və son nəticədə o da həbsdən qurtulmuş olacaq.
Mauer qoruyucu eynək və maska tapandan sonra dostları ilə birgə qaçış planını hazırlayıb. Dediyinə görə, içi mismar dolu yeşikdə 50 dəfəyə yaxın gizlənməyə cəhd edib. Hərdən yeşik bu ağırlığı dayana bilmədiyindən qırılıb və məhbus da zədə alıb. Buna baxmayaraq, türmə işçiləri bu cəhdi fərq etməyiblər. Məhbus özü də türmə işçilərinin bu cəhdlərdən xəbər tutmamasına təəccüblənib və yaxalandıqdan sonra bunu açıq şəkildə deyib. Qaçış məhbuslardan birinin Mauerin planları barədə türmə rəhbərliyinə xəbər verməsindən sonra pozulub.
May ayında məlum oldu ki, Hondurasda türmədə bir məhbus qadın geyimi geyinərək, türmədən qaçmağa cəhd göstərib.
Cia.az
