|
ABŞ koalisiyasının aviazərbəsi nəticəsində iki suriyalı hərbçi ölüb

ABŞ koalisiyasının Suriyanın At Tanfa rayonuna endirdiyi aviazərbə nəticəsində iki suriyalı hərbçi həlak olub, daha 15 nəfər isə yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hadisə yerindən məlumatlı mənbə bildirib. 

Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiya At Tanfa rayonunda hökumətyönümlü qüvvələrə yenidən aviazərbə endirib. 

Bundan əvvəl hökumət qüvvələrinə analoji zərbə mayın 18-də endirilmişdi.