Qətər İraqda terrorçular tərəfindən girov götürülmüş kral ailəsinin 26 üzvünü 1 milyard dollar ödəməyin müqabilində geri alınıb.
“Financial Times” qəzetinin yazdığına görə, həmin pul İraqın cənubunda fəaliyyət göstərən və İran xüsusi xidmət orqanları ilə əlaqəsi olan qruplaşmaya ödənilib.
Qəzetin məlumatına görə, 1 milyard dollar bu ilin aprel ayında ödənilib.
Xatırladaq ki, kral ailəsinin üzvləri 2015-ci ilin dekabrında İraqın Nəcəf səhrasında şahin quşları ilə ov edən zaman girov götürülmüşdülər. 1 ildən artıq davam edən danışıqlarda İran və “Hizbullah” qruplaşması da vasitəçi olmuşdu.
Cia.az
