|
"Bana sevmeyi anlat"ın aktrisası:

"Bana sevmeyi anlat" serialının aktrisası Seda Bakan ötən gün Bebek istiqamətində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Cem Yılmazın yeni filmi “Arif V 216”ya hazırlaşdığını bildirib:

“Yeni filmim üçün saçımı boyadım. Çəkilişlər bir həftəyə başlayır və 3 ay davam edəcək. 2 il yarımdır ki, ailəliyəm. Uşaq istəyirəm, amma işləməkdən vaxt tapmıram”.

Qeyd edək ki, S.Bakan musiqiçi Əli Erel ilə evlidir.

Cia.az