|
İŞİD məsuliyyəti üzərinə götürdü - Londondaki terror aktına görə

İŞİD terror qruplaşması İngiltərənin London şəhərində baş verən iki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Trend-in məlumatına görə, bu barədə Reuters agentliyi bildirib.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

Cia.az